Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2026 , 10:26

231

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Hədəfimiz daha böyük uğura imza atmaqdır”

“Ay ərzində əmlak vergisinin həcmini 12 faizədək artıra bilmişik”- bu fikirləri Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, əgər 2025-ci ilin  aprel ayında ümumilikdə 29.819 manat büdcə gəlir olmuşdursa, cari ilin aprelində bu rəqəm altı faiz artaraq 31.871 manata çatıb.

 Sədr əlavə edib ki, ötən il əldə olunan vəsaitin 8.024 manatı torpaq vergisindən,  21.795 manatı isə əmlak vergisindən daxil olmuşdursa cari ildə müvafiq olaraq  7.271 manat torpaq vergisindən,  24.600 manat əmlak vergisindən daxil olub.

Əldə edilən nailiyyəti hələ böyük uğur hesab etmək olmaz. Hədəfimiz daha böyük uğura imza atmaqdır. Qeyd edək ki, çətin hava şəraiti aprel ayında vergi xidməti orqanı əməkdaşlarının fəaliyyətində ciddi çətinliklər yaratdı.

Sədr qeyd edib ki, əldə edilən hər bir manat sonda seçicilərin problemlərinin həllinə yönəldilir.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1576