Əziz Zeynalov: “Vətəndaş müraciətlərini diqqətdə saxlamaqla, həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq”
“Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində vətəndaşların müraciətlərinin obyektiv və vaxtında araşdırılması, onların qaldırdıqları məsələlərin həlli Nəsimi bələdiyyəsinin fəaliyyətinin əsas prioritetlərindən biridir. Bu yanaşma ilə bilavasitə vətəndaş məmnunluğunun və bələdiyyə orqanına olan inamın artmasını həm də təmin etmiş oluruq”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında
vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər
bir yerli özünüidarəetmə qurumunun fəaliyyətinin
aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti təmin
olunmasıdır.
Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir.
Odur ki, fəaliyyətimizdə bələdiyyə
və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş
müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi
önəm veririk.
Bu gün Nəsimi bələdiyyəsinin struktur bölməsi kimi fəaliyyət göstərən “Müraciət və qəbulların idarə edilməsi” şöbəsinin əməkdaşları bələdiyyəyə rəsmi şəkildə müraciət edən sakinlərin qaldırdığı məsələləri təhlil edərək operaitv şəkildə cavablandırılmasına hər daim çalışır.
Aprel ayında bələdiyyəyə
rəsmi şəkildə 159 müraciət daxil olub. Müraciətlərin 30 faizi mərkəzi və yerli icra strukturlarından, idarə
və təşkilatlardan daxil olub, 47 faizi dəfn xərclərinin ödənilməsi ilə bağlı
arayışların verilməsi, 7 faizi ağacların yaratdığı problemləri aradan qaldrımaqla,
9 faizi maddi yardımların verilməsi bağlı olub. Müraciətlərdən yeddisi torpaq
ayrılması ilə, dördü isə əsgəri xidmətlə
bağlı olub.
Göründüyü
kimi, müvafiq şöbənin əməkdaşları hər gün 6-7 məktubu cavablandırmaqla yanaşı,
həm də bələdiyyənin inzibati binasına gələrək müraciət edən vətəndaşların qəbulunu
keçirir və onların şifahi müraciətlərini cavablandırırlar.
Sədr
qeyd edib ki, bələdiyyə iclasında müzakirə edilən məsələlərin bir çoxu məhz
sakinlərin kollektiv müraciətləri təşkil edir. Bu gün bələdiyyənin üzv və
qulluqçuları vətəndaş məmnunluğunu təmin etmək üçün bütün qüvvələrini hər daim
səfərbər edirlər.
Unutmaq
olmaz ki, vətəndaş müraciətlərini diqqətdə saxlamaqla, həm də vətəndaş məmnunluğunu
təmin etmiş oluruq.
Belediyye.info
Rəylər
0 Rəy