Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-07-2026 , 23:43

114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi hər daim rayonda aparılan abadlıq-quruculuq işlərinə öz dəstəyini göstərir”

“Hər bir bələdiyyə vətəndaş müraciətlərini diqqətdə saxlamalı, hər bir məsələnin həllini bələdiyyə iclasında müzakirəyə çıxarılaraq münasibət bildirməyə borcludur. Hər bir halda müraciət diqqətdən kənarda qalmamalıdır”-bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Sədr bildirib ki, bu günlərdə sakinlərin müraciətini nəzərə alaraq rayonun F. Xoyski və F. Yusifov küçələrin kəsişməsində mərkəzi yolun bir hissəsinə bələdiyyə büdcəsi hesabına asfalt vurulub.

Sədr bildirib ki, Nərimanov bələdiyyəsi hər daim rayonda aparılan abadlıq-quruculuq işlərinə öz dəstəyini göstərir. Bununla bağlı bələdiyyə iclasında qəbul edilmiş proqrama əsasən bir sıra küçələrdə cari təmir işlərinin aparılması ilin sonunadək həyata keçiriləcəkdir.

Sədr əlavə edib ki, bələdiyyədə yaradılmış işçi qrupu rayon ərazisində monitorinq apararaq təmirə ehtiyacı olan məhəllədaxili yolların siyahısını tərtib edib. Maliyyə imkanlara daxilində proses mərhələli çəkildə öz həllini tapacaqdır. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər