Mürsəl Eminov: “Rayonun ekoloji tarazlığın qorunması istiqamətində bələdiyyə tərəfindən bundan sonra da tədbirlər davam etdiriləcəkdir”
“Binəqədi bələdiyyəsi tərəfindən rayon ərazisində həyata keçirilən abadlıq və yaşıllaşdırma tədbirləri çərçivəsində əsas magistrallardan biri olan Azadlıq prospekti boyunca mövsümi güllərin əkilməsi işləri həyata keçirilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov deyib.
Sədr qeyd edib ki, həyata keçirilən yaşıllaşdırma tədbirləri şəhər mühitinin estetik görünüşünün daha da yaxşılaşdırılmasına, yaşıllıq zolaqlarının zənginləşdirilməsinə və sakinlər üçün daha səliqəli və gözoxşayan ətraf mühitin formalaşdırılmasına xidmət edir.
Mürsəl Eminov qeyd edib ki, rayonun abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması istiqamətində Binəqədi Bələdiyyəsi tərəfindən həyata keçirilən tədbirlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy