Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2026 , 19:37

174

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda birgə təlim keçirilib


Oktyabrın 23-də Hüquq və İnsan Haqları İnstitutu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Baş idarəsi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 29 bələdiyyənin nümayəndələri üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda birgə təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd bələdiyyə nümayəndələrinin mülkiyyət hüququnun müdafiəsi sahəsində hüquqi biliklərinin artırılması, Avropa Konvensiyasının bu hüquqla bağlı müəyyən etdiyi standartların diqqətə çatdırılması və yerli özünüidarəetmə fəaliyyəti zamanı insan hüquqları prinsiplərinin tətbiqinə dair praktiki yanaşmaların formalaşdırılması olub.

Tədbirdə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə mülkiyyət hüququnun fundamental insan hüquqlarından biri olduğunu vurğulayıb. O, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunun aliliyi və insan hüquqları prinsiplərinə riayət olunmasının, ictimai maraqlarla vətəndaşların mülkiyyət hüquqlarının qorunması arasında ədalətli balansın təmin edilməsinin vacibliyini qeyd edib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin Analitik təhlil və metodoloji yardım şöbəsinin rəisi Elşən Fətullayev çıxışında təmsil etdiyi idarə tərəfindən bələdiyyələrin fəaliyyətində qanunvericiliyin tələblərinin düzgün tətbiqinə nail olmaq məqsədilə metodoloji yardım tədbirlərinin həyata keçirildiyini bildirib. O, təlimin bələdiyyə üzvlərinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı biliklərinin daha da artırılmasına və praktiki fəaliyyətlərində ölkə qanunvericiliyinin və Avropa Konvensiyasının müddəalarından irəli gələn tələblərə düzgün əməl olunmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Təlim mülkiyyət hüququnun milli qanunvericilik və Avropa Konvensiyası çərçivəsində müdafiəsi, bu hüquqa müdaxilənin hüquqi əsasları, qanunilik və legitimlik prinsiplərini əhatə edən mövzularda təqdimatlarla davam etdirilib. Mövzunun bələdiyyə fəaliyyəti ilə əlaqəli aspektlərinə xüsusi diqqət yetirilib, torpaq və əmlak münasibətləri, yerli özünüidarəetmə orqanlarının qərarlarının şəxslərin mülkiyyət hüquqlarına təsiri və bələdiyyələrin fəaliyyətində insan hüquqları standartlarının nəzərə alınması ilə bağlı məsələlər müzakirə olunub.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər