Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2026 , 23:44

86

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“Dövlət müstəqilliyinin bərpası və gənclərin dövlətçilik məsuliyyəti” mövzusunda tədbir keçirilib


 “Zirvə Gənclərin İnkişaf Platforması” və Bakı Şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Dövlət müstəqilliyinin bərpası və gənclərin dövlətçilik məsuliyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvü Ceyhun Məmmədov, Nizami bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Heydər Rəhimov, habelə bələdiyyə qulluqçuları iştirak ediblər.

Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixi, xalqımızın azadlıq uğrunda mübarizəsi, milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olundu.

Tədbirdə çıxış edən naziqlər qeyd ediblər ki, müstəqilliyimizin bərpası xalqımızın milli iradəsinin və azadlıq əzminin təntənəsidir. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə mühüm məsuliyyət qoyur. Gənclərimiz milli dəyərlərimizi və dövlətçilik ənənələrimizi mənimsəməli, ictimai-siyasi həyatda fəal iştirak edərək ölkəmizin inkişafına töhfə verməlidirlər.

Eyni zamanda vurğulayıblar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və gənclərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İnanıram ki, savadlı, vətənpərvər və təşəbbüskar gənclərimiz dövlətçiliyimizin daha da güclənməsində fəal rol oynayacaqlar.

Qeyd edilib ki, belə maarifləndirici tədbirlər gənclərin milli şüurunun və vətəndaşlıq məsuliyyətinin formalaşmasına mühüm töhfə verir.

Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!

Bakı şəhəri, Nizami bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər