Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-10-2026 , 10:25

159

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Məqsəd seçicilərə verilən sözü tutmaqdır”


Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq və quruculuq işlərinin davam etdirilməsi istiqamətində növbəti tədbir həyata keçirilib.

Belə ki, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivi, 15-ci Paralel küçəsində yaşayan sakinlərin təşəbbüsü və Badamdar Bələdiyyəsinin dəstəyi ilə küçə yolunun asfaltlanması işləri aparılıb.

Bu barədə Belediyye.infoya açıqlamasında Badamdar Bələdiyyəsinin sədri Seymur Həsənov məlumat verib.

Sədr bildirib ki, həyata keçirilən abadlıq tədbiri nəticəsində sözügedən küçədə yol örtüyü yenilənib, sakinlərin gündəlik hərəkəti üçün daha əlverişli və rahat şərait yaradılıb. Onun sözlərinə görə, görülən işlərin əsas məqsədi ərazidə nəqliyyat və piyada hərəkətinin rahatlığını və təhlükəsizliyini təmin etmək, mövcud yol infrastrukturunu yaxşılaşdırmaq, eləcə də sakinləri narahat edən problemlərin aradan qaldırılmasına töhfə verməkdir.

Seymur Həsənov qeyd edib ki, yerli sakinlərin təşəbbüslərinin dəstəklənməsi, onların müraciət və təkliflərinin nəzərə alınması Badamdar Bələdiyyəsinin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu cür birgə təşəbbüslər yalnız qəsəbənin sosial və infrastruktur inkişafına deyil, həm də sakinlərlə yerli özünüidarəetmə orqanı arasında əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Bələdiyyə sədri vurğulayıb ki, həyata keçirilən abadlıq və quruculuq işlərinin arxasında əsas məqsəd seçicilərə verilən vədləri əməli işlə doğrultmaq, sakinlərin etimadını qazanmaq və onlara göstərilən etimadı doğrultmaqdır.

O, həmçinin bildirib ki, Badamdar Bələdiyyəsi bundan sonra da sakinlərin müraciət və təşəbbüslərini diqqətdə saxlayaraq, qəsəbənin abadlaşdırılması, infrastruktur imkanlarının yaxşılaşdırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini mövcud imkanlar çərçivəsində davam etdirəcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər