Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 19:31

95

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “Şəhidlər Xiyabanın daim səliqəli və baxımlı saxlanılması xüsusi əhəmiyyət daşıyır”

Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən Şəhidlər xiyabanının giriş hissəsində həyata keçirilən bərpa və təmir işləri başa çatdırılıb. Görülən işlər çərçivəsində ərazidə abadlıq və yenilənmə tədbirləri həyata keçirilib, giriş hissəsinin daha səliqəli, baxımlı və estetik görünüşə sahib olması istiqamətində müvafiq işlər görülüb. Aparılan yenilənmə işləri nəticəsində xiyabanın giriş hissəsində ümumi görünüşün yaxşılaşdırılması və ərazinin abad vəziyyətə gətirilməsi təmin olunub.

Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Qoşqar Məmmədov daha sonra bildirib ki, Şəhidlər xiyabanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi müqəddəs məkanlardan biridir. Bu baxımdan, ərazinin daim səliqəli və baxımlı saxlanılması xüsusi əhəmiyyət daşıyır.

Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən şəhərin abadlaşdırılması, ictimai məkanların qorunması və sakinlər üçün daha əlverişli mühitin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz