Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 21:33

105

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

“ZƏFƏRİMİZ QÜRURUMUZ, BAYRAĞIMIZ VÜQARIMIZ!”


8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Binəqədi Bələdiyyəsinin təşkilatçılığı və 144 nömrəli tam orta məktəbin dəstəyi ilə “Zəfərimiz qürurumuz, bayrağımız vüqarımız” adlı tədbir keçirildi.

Tədbirdə bələdiyyə əməkdaşları, məktəbin direktoru, şəhid ailələri, müəllim kollektivi və şagirdlər iştirak etdilər.

Tədbir zamanı 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova, Bələdiyyənin sədr müavini Toğrul Babayev və Mətbuat, İnformasiya və Gənclərlə İş Komissiyasının sədri Fidan Məhərrəmova  çıxış edərək iştirakçıları əlamətdar günlər münasibətilə təbrik etdilər. Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin əhəmiyyəti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin müqəddəs xatirəsi və üçrəngli bayrağımızın xalqımız üçün daşıdığı mənəvi dəyər xüsusi vurğulandı.

Tədbir çərçivəsində şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər, musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar təqdim olundu.

Tədbirdə fəallığı ilə seçilən şagirdlərə təşəkkürnamələr və kiçik hədiyyələr təqdim edildi.

Bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərimizə və dövlət rəmzlərimizə hörmətin aşılanmasına mühüm töhfə verir.

 Zəfərimiz əbədi, bayrağımız daim yüksəklərdə olsun!

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər