“ZƏFƏRİMİZ QÜRURUMUZ, BAYRAĞIMIZ VÜQARIMIZ!”
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü
münasibətilə Binəqədi Bələdiyyəsinin təşkilatçılığı və 144 nömrəli tam orta məktəbin
dəstəyi ilə “Zəfərimiz qürurumuz, bayrağımız vüqarımız” adlı tədbir keçirildi.
Tədbirdə bələdiyyə əməkdaşları, məktəbin direktoru, şəhid
ailələri, müəllim kollektivi və şagirdlər iştirak etdilər.
Tədbir zamanı 144 nömrəli tam orta məktəbin direktoru İlahə
Həmidova, Bələdiyyənin sədr müavini Toğrul Babayev və Mətbuat, İnformasiya və Gənclərlə
İş Komissiyasının sədri Fidan Məhərrəmova
çıxış edərək iştirakçıları əlamətdar günlər münasibətilə təbrik etdilər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin əhəmiyyəti,
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq,
şəhidlərimizin müqəddəs xatirəsi və üçrəngli bayrağımızın xalqımız üçün daşıdığı
mənəvi dəyər xüsusi vurğulandı.
Tədbir çərçivəsində şagirdlər tərəfindən vətənpərvərlik
ruhunda şeirlər, musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar təqdim olundu.
Tədbirdə fəallığı ilə seçilən şagirdlərə təşəkkürnamələr və
kiçik hədiyyələr təqdim edildi.
Bu cür tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasına, milli-mənəvi dəyərlərimizə və dövlət rəmzlərimizə hörmətin
aşılanmasına mühüm töhfə verir.
Zəfərimiz əbədi, bayrağımız daim yüksəklərdə olsun!
Rəylər
0 Rəy