Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-11-2025 , 10:52

1002

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti  sessiyasında iştirak edib

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu sessiyası Strasburqda öz işini artıq başa çatdırıb”- barədə Belediyye.infoya məlumatı Konqresdə Azərbaycanın əsas heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Təmraz Tağıyev qeyd edib ki, ölkəmizi bu sessiyada Konqresdə Azərbaycanın əsas heyətinin üzvləri Təmraz Tağıyev, Hümbət Hüseynov, Samirə Hüseynova və nümayəndə heyətinin katibi Rövşən Məmmədov təmsil ediblər.

“Avropada yerli özünüidarənin təşviqinin dörd onilliyi: Avropa Xartiyasının 40 ili” mövzuna həsr olunan  cari sessiyasının ilk günündə yeni üzvlərin etimadnamələri təsdiq olunub və eləcə də Avropa Şurasının Baş katibi Alen Bersenin bəyanatı dinlənilib.

Qeyd olunmalıdır ki, Alen Berse çıxışında o cümlədən Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sonlandırılan münaqişə və hal-hazırda gedən sülh prosesinə ayrıca istinad edib və bu xüsusda, hər iki ölkə liderinin səylərini təqdir edib.


Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
716

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
744

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
869

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
780

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
838

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
754

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
909