Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-03-2026 , 01:12

59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov: “Layihə başa çatdıqdan sonra “Yaşıl dərə” massivi şəhərin ən görməli yerlərindən birinə çevriləcəkdir”

 

“İllik hesabat yığıncağında çıxış edən  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Zakir Fərəcovun bələdiyyəyə verdiyi tövsiyələrdən biri də şəhərin “Yaşıl dərə” yaşayış massivində infrastruktur layihələrinin icra edilməsi ilə bağlı idi. İcra başçısının tövsiyəsinə uyğun olaraq  bələdiyyədə yaradılmış işçi qrupu dərhal əraziyə baxış keçirmiş və  bələdiyyə tərəfindən görüləcək işlərin strateji proqramı hazırlanmışdır” – bu fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.

Sədrin sözlərinə görə, hazırlanan proqram bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilmişdir. İlk olaraq Sumqayıt şəhər İcra Hakmiyyyətinin və Sumqayıt bələdiyyəsinin birgə  təşkilatçılığı ilə “Yaşıl dərə” yaşayış massivindəki çirkab və axar suların yığıldığı ərazilər tam təmizlənərək abadlaşdırılması qərara alınıb.

Bu prosesin icrasından sonra icra başçısının tövsiyəsinə uyğun olaraq 40 min kv.m-lik ərazidə ən müasir tələblərə cavab verən parkın salınması qərara alınıb.  Görülən işlər nəticəsində həmin sahədə sakinlərin asudə vaxtının səmərəli keçirməsi üçün yeni istirahət parkı yaradılacaq. Layihə çərçivəsində  ərazidə geniş yaşıllaşdırma işlərinin  aparılması və uşaqların asudə vaxıtnın  maraqlı zaman keçirməsi üçün xüsusi əyləncə zonası, idman avadanlıqları qurulacaqdır.

Sədr qeyd edib ki, bu yeni məkan həm ərazinin ekoloji vəziyyətini yaxşılaşdıracaq, həm də uşaqların və böyüklərin xoş istirahətinə xidmət edəcəkdir. Bununla yanaşı ərazidə bələdiyyə üçün dayanıqlı maliyyə mənbəyi kimi bir sıra xidmət sahələrinin yaradılması nəzərdə tutulub.

Sədr bildirib ki, hazırda bələdiyyənin əsas vəzifəsi ərazidə vətəndaş məmnunluğunun təmin edilməsidir. Artıq təsdiq edilmiş layihənin sakinlərlə birgə müzakirəsi aparılmış, irəli sürülən bütün təklif və tövsiyələr layihədə nəzərə alınmışdır.

Beləliklə, layihə başa çatdıqdan sonra “Yaşıl dərə” massivi şəhərin ən görməli yerlərindən birinə çevriləcəkdir.  

Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər