RİH başçıları ilə bələdiyyə sədrlərinin əməhaqqları arasında fərq nə qədərdir?
Manset.az-ın məlumatına görə, ekspert Natiq Cəfərli inzibati-ərazi vahidləri üzrə icra başçılarının aylıq maaşlarını paylaşıb.
Bakı
şəhər İcra Hakmiyyətinin başçısı – 7650 manat
Gəncə
və Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat
Əhalisi
100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi
50–100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi
50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
Natiq
Cəfərlinin sözlərinə görə, bu məbləğlərdən 14% gəlir vergisi, 3% DSMF, 2%
icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP-a üzvlük haqqı tutulur.
Natiq
Cəfərli bildirib ki, icra başçılarının maaşları 1 mart 2022-ci ildən artırılıb.
Həmin tarixdən onların əsas maaşına 1,5 misli əlavə tətbiq olunur.
Maraqlıdır
bəs bələdiyyə sədrlərinin əməkhaqqları nə qədərdir?
Göründüyü
kimi, şəhər və rayon icra başçılarının aylıq əməkhaqqları 3837 manatdan
başlayıb 7650 manatda bitir.
Müşahidələr
göstərir ki, ölkəmizdə formalaşmış 685 bələdiyyənin
sədrlərinin əməkhaqqı 400 manatdan başlayıb maksimum 1800 manatda bitir. Nəzərə
alaq ki, 1800 manat əməkhaqqı alan sədrlərin sayı maksimum 5 nəfərə yaxındır.
Belə götürsək ortalama əməkhaqqı 400-600 manat ətrafında dəyişir.
Ən
maraqlı məqam bir də ondadır ki, bəzən bələdiyyə sədri əməkhaqqını nədənsə rəsmən
yazılsa da almır, nəticədə seçilmədikdə isə yeni seçilmiş bələdiyyə sədrindən
bu əməkhaqqını tələb etməyə başlayır. Yeni seçilən sədr isə belə məqamda qalır
iki daşın arasında. Bilmir DSMF borcunu ödəsin, yaşayış məntəqəsində hansısa
layihənin icrasını həyata keçirsin, ya da sabiq sədrin əməkhaqqını ödəmiş
olsun. Nə isə....
Ancaq
daha maraqlı məqam isə 4225 manata yaxın əməkhaqqı alan bəzi siyasi rəhbərlərin gözlərinin bələdiyyə sədrlərin
cibində olmasıdır. Çox təəsüf ki, məhz
bu xarakterdə olan siyasi rəhbərlər bələdiyyənin büdcəsinə göz dikdiyindən bələdiyyənin
həyata keçirdiyi layihələri də öz adlarına çıxmaqdan çəkinmir. Hətta ən faciəli
məqam onda olur ki, bələdiyyə əziyyət çəkib layihə icra edir, RİH bununla bağlı
məlumat paylaşır, amma bələdiyyənin heç adı belə çəkilmir.
Düşünürəm
ki, ölkə başçısının son çıxışından sonra bu ayrı-seçkiliyə son qoyular. Hər
halda, sizi bilmirəm, mən buna çox inanıram.
Çünki cənab Prezidentin təyin etdiyi yeni siyasi rəhbərlərlə görüşdəki proqram xarakterli çıxışı əslində RİH başçılarına son xəbərdarliq kimi də başa düşülməlidir. Nə isə...
Rəylər
0 Rəy