Elxan İbrahimov Nəsimi RİH-də kadr dəyişikliyə başlayıb
Yeni icra başçısı köməkçisini işdən çıxardı - Kürdəmirdəkini gətirdi - Yenilənib
Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
“Unikal”a istinadən xəbər verir ki, bununla bağlı icra
başçısı Elxan İbrahimov Əmr imzalayıb.
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən
azad edilib.
Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin Sərəncamı
ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub.
***
İqtisadiyyat.az-ın məlumatına görə, müvafiq Əmrlə Elxan
Qarahmədov da baş mütəxəssis - sürücü vəzifəsindən azad olunub.
E.İbrahimovun digər Əmri ilə isə Ceyhun İsmayılov icra
başçısının köməkçisi təyin edilib.
C.İsmayılov bundan əvvəl də E.İbrahimovun Kürdəmir Rayon İcra Hakimiyyətində köməkçisi olub.
Rəylər
0 Rəy