Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 01:58

1113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Söz versə də,...

Təəssüf edirəm ki, Nəsimi RİH-başçısı deyəsən “gözüaclığın” qurbanı oldu. Media artıq bu fikirdədir. Nəzərə alsaq ki, o həm də tanınmış bir şəxsin nəvəsidir, deməli onda pula hərislik olmamalı idi. Amma deyəsən oldu. Sual olunur niyə? Etdiyi səhvə görə, "şiddətli töhmət" də verilə bilərdi, yaxud hansısa məmur güdaza verilə bilərdi. Amma belə olmadı. "40"-ın tökər-tökməz vəzifəsindən azad olundu. Belə aydın olur ki, yaxın günlərdə onun hansısa vəzifə tutacağı şübhə altındadır. Bəs belə bir şəxsi kim bu vəziyyətə saldı?
Təxminən iki ay əvvəl olkə başçısının yanında keçirilən görüşdə söz vermişdi., axı. Söz vermişdi ki, ona göstərilən etimadı layiqincə doğruldacaq. Andını niyə belə tez pozdu? Maraqlıdır.
Əslində yeni təyin edilən bir çox icra başçıları idarəcilik təcrübəsinin olmaması hesabına tez "torba"ya düşürlər. İsmayıllı və Ağdaş RİH başçıları şiddətli töhmətlə çanlarını qurtara bilmişdilər. Amma Nəsimi RİH-in artıq sabiq başçısı bağışlanılmadı. Düz də edildi. Belə qənaətə gəlmək olar ki, etdiyi səhv daha ciddi imiş. Və yəqin ki, bundan sonra bir kimsə bağışlanılmayacaq. Bu addım həm ona işarədir, yəqin ki.
Ancaq deməliyəm ki, bu məsələ RİH başçıları ilə bağlı məsələni yenidən gündəmə gətirdi. Gəlin etiraf edək ki, bu gün əksər RİH başçılarının keçirdikləri səyyar görüşlər əslində sinmvolik xarakter daşıyır. Bunu hər kəs bilir. Bu səyyar görüşlərdə icra başçılarıı hər hansı bir ciddi məsələnin həllinə nail ola bilmir. Çünki onlarda bu gün elə də bir səlahiyyət qalmayıb.
Və yaxud qarşıdan gələn əziz günlər münasibətilə hər bir şəhid və qazi ailələrinin ziyarət edilməsi zamanı bir çoxları bütün məsələlərin həllini bələdiyyələrə yükləməklə vəziyyətdən çıxsalarda, bütün hallarda məsələyə bu cür baxışın dəyişmək vaxtıdır.
Belə düşünmək olar ki, ya bu qurumları birləşdirməklə regional idarəetməyə keçid etməliyik, ya da hec olmasa sayını azaldıb, səlahiyyət verməklə çəki və nüfuzunu artırmalıyıq. Bu günlərdə cənab Prezident tərəfindən imzalanan Fərmanla RİH strukturlarında ciddi islahatların aparılacağı gözlənilir. Belə hesab etmək olar ki, bu atılacaq addımların başlanğıcıdır.
Bütün hallarda RİH-lərin sayının azaldıması, müəyyən ixtisarların aparılması nəticə də regional idarəetməyə keçidi sürətləndirə bilər. O cümlədən bütün mərkəzi icra strukturları da məhz eyni formatda bu keçidi dəstəkləyən addımın atılması nəticədə kifayət qədər büdcə xərclərini həm də azaltmış olardı.
Hər halda siyasi cəhətdən "bişməmiş" kadrların siyasi arenaya birdən-birə atılması göründüyü kimi səmərə vermir, əksinə idarəetmə strukturunda çalışanların çəki və nufuzuna xələl gətirir.
Odur ki, bütün hallarda yüz ölçüb bir biçməliyik ki, bu cür hadisələr baş verməsin. Nə isə...
Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
440

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
764

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
824

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
686

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1112

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1035

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
701

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
716

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
854