Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-03-2026 , 18:21

81

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qarabağ regional ədliyyə idarəsi tərəfindən bələdiyyə nümayəndələri üçün seminar keçirilib

Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Ağdam və Füzuli rayonlarında fəaliyyət göstərən bələdiyyələrin sədrləri, üzvləri və qulluqçuları üçün seminar təşkil olunub.

Onlayn formatda keçirilən tədbir “Bələdiyyələrlə iş” informasiya sistemindən istifadə mövzusuna həsr edilib.

Seminar çərçivəsində “Bələdiyyələrlə iş” informasiya sistemindən səmərəli istifadə barədə, eləcə də iştirakçıların sistemin fəaliyyəti ilə bağlı suallarına ətraflı izah verilib, real vaxt rejimində praktiki nümunələr göstərilib.

Movzu ilə bağlı materiallar kommunikasiya vasitələri ilə 42 bələdiyyə nümayəndəsinə çatdırılıb.  Maraq doğuran suallar operativ şəkildə cavablandırılıb.

 

Rəylər

0 Rəy


Rəy yaz