Məzahir Əfəndiyevin Avropa İttifaqının tanınmış informasiya portalı adlı məqaləsi dərc olunub
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “Ukraine aims for Peace!” adlı məqaləsi dərc olunub.
Məqalədə
bu gün Azərbaycanın suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost
dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış
siyasətə öz sadiqliyini ifadə etdiyi, Ukrayna Respublikasının da dost
dövlətlərdən olaraq bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, hər
zaman ölkəmizin haqq və ədalət işinə siyasi müstəvidə dəstək verdiyi
vurğulanıb.
Deputat
qeyd edib ki, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 31
yanvar 1992-ci ildə qurulmasına, ölkə liderləri arasında müxtəlif
platformalarda ikitərəfli təmasların baş tutmasına baxmayaraq, Azərbaycan
Prezidentinin, Ümummilli Lider Heydər Əliyevin, Ukraynaya ilk rəsmi səfəri
24-25 mart 1997-ci il tarixlərində baş tutub.
Eyni zamanda, M.Əfəndiyev bu gün Azərbaycan və
Ukraynanın təkcə dost deyil, həm də mühüm strateji tərəfdaş olduqlarını qeyd
edib. 25 aprel 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin
ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin Azərbaycanla Ukraynanın
bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki
şərait yaratdığı, eyni zamanda dəyişən qlobal siyasi arxitektura fonunda yeni
əməkdaşlıq imkanlarının təməlinin qoyulduğu diqqətə çatdırılır.
Millət vəklili, həmçinin, Azərbaycan-Ukrayna
ikitərəfli əlaqələrinin inkişafında parlamentlərarası dostluq qrupu
platformalarının əhəmiyyətinə toxunb. Məzahir Əfənfiyevin də təmsil olunduğu Azərbaycan–Ukrayna
parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisdə 1995-ci il tarixindən
fəaliyyət göstərir. Keçən müddət ərzində istər təşkil olunan milli bayramlar,
bir sıra sosial layihələr, istərsə də qarşılıqlı səfərlər çərçivəsində Həmin
İşçi Qrupu fəallıq nümayiş etdirərək iki ölkə arasında mövcud dostluq
münasibətlərinin daha da möhkəmlənməsinə öz təhfəsini verib.
Sonda,
müşahidə etdiyimiz dostluq münasibətlərinin, keçirilən görüşlərin bu gün hər
iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə
rəvac verdiyi qeyd olunur.
Həmin
məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://www.eureporter.co/world/azerbaijan-world/2026/04/29/ukraine-aims-for-peace/
Rəylər
0 Rəy