Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçuları üçün seminar-təlimlər təşkil olunub
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən
Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçuları üçün
seminar-təlimlər təşkil olunub.
Videokonfrans formatında keçirilən təlim “Torpaq
qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınmasında bələdiyyələrin
rolu” və “Bələdiyyə torpaqları üzərində icarə hüquqlarının alqı-satqısı zamanı
qanunvericiliyin tələblərinə riayət olunması” mövzularını əhatə edib.
80 nəfərin iştirak etdiyi təlimlərdə torpaq
qanunvericiliyinin tələbləri, torpaq sahələrinin ayrılması və mühafizəsi
qaydaları, bu sahədə bələdiyyələrin vəzifələri barədə məlumat verilib. Torpaq
sahələrinin mühafizəsinə diqqətin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Daha sonra torpaq sahələri üzərində icarə hüquqlarının əmələ
gəlmə əsasları, onların alqı-satqısı, icarə və subicarə müqavilələri ilə bağlı
tələblərdən bəhs edilib. Həmçinin bələdiyyələr tərəfindən torpaq sahələrinin
icarəyə verilməsinin xüsusiyyətləri qeyd edilib.
Sonda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb
və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rəylər
0 Rəy