Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2025 , 10:19

1036

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıl Rəsulov: “Bələdiyyə  tərəfindən icra olunan layihələrdə şəffaflıq və məsuliyyət prinsipinə üstünlük verilir”


“Ağcabədi şəhərində son dövrlərdə əhalinin sosial rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm abadlıq tədbirləri həyata keçirilir. Şəhərin ümumi görünüşünün müasir tələblərə uyğunlaşdırılması və vətəndaşların gündəlik rahatlığının təmin olunması məqsədilə Ağcabədi bələdiyyəsi tərəfindən ardıcıl işlər aparılır”-bu fikirləri Belediyye.infoya Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov deyib. 

Sədr qeyd edib ki, bu tədbirlər çərçivəsində Ağcabədi Bələdiyyəsinin təşkilati və maliyyə dəstəyi ilə şəhərin bir sıra küçə və yollarında yenidənqurma və abadlıq işləri görülmüşdür. Ümumilikdə 7330 metr və ya 36210 kvadratmetr ərazidə yollar qreyderlə hamarlanaraq çınqıl daşlarla döşənmişdir. Layihə çərçivəsində M.Ə. Rəsulzadə küçəsində 2190 metr (10950 kv.m), Qarabağ küçəsində 350 metr (1400 kv.m), N. Allahverdiyev küçəsində 800 metr (4000 kv.m), H. Aslanov küçəsində 90 metr (360 kv.m) və Üz. Hacıbəyov təsərrüfatı ərazisində 3900 metr (19500 kv.m) məsafədə yol bərpa işləri həyata keçirilmişdir.

İşlərin görülməsi zamanı yollar əvvəlcə xüsusi texnika ilə qaşınaraq hamarlanmış, daha sonra çınqıl daşlarla möhkəmləndirilmişdir. Görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilmiş, eyni zamanda şəhərin ümumi abadlıq səviyyəsi yüksəlmişdir.

Sədr qeyd edib ki, xüsusilə, küçələrarası yolların yenilənməsi vətəndaşların gündəlik gediş-gəlişində böyük rahatlıq yaratmışdır. Şəhər sakinləri bildirirlər ki, uzun müddət istismar olunan bəzi küçələrdə yol şəraiti qənaətbəxş deyildi və bu, gündəlik hərəkətə çətinlik törədirdi. Hazırda həyata keçirilən bərpa işləri nəticəsində həmin küçələrin sosial infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, şəhərin ümumi siması daha müasir görkəm almışdır.

Ağcabədi bələdiyyəsi həyata keçirdiyi fəaliyyətlə təkcə yol bərpası ilə kifayətlənməyərək, eyni zamanda şəhərin ictimai əhəmiyyətli obyektlərində də abadlıq işlərini davam etdirir. Bu çərçivədə şəhər qəbiristanlıqlarında təmizlik və abadlıq işləri görülmüşdür. Qəbiristanlıqların ərazisi zibil və artıq otlardan tam təmizlənmiş, ziyarətçilər üçün səliqəli və təmiz mühit yaradılmışdır. Əlavə olaraq, qəbiristanlıqların giriş qapıları əsaslı şəkildə təmir edilərək yenilənmiş, ətraf ərazilərin səliqəsi təmin edilmişdir.

Bələdiyyə  tərəfindən icra olunan layihələrdə şəffaflıq və məsuliyyət prinsipinə üstünlük verilir.

Hazırda bələdiyyə tərəfindən aparılan abadlıq tədbirlərinin davamlı xarakter alması şəhərin inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə və yaşayış mühitinin daha müasir standartlara uyğunlaşdırılmasına əhəmiyyətli təsir göstərir.

Ağcabədi bələdiyyəsi qarşıya qoyduğu məqsədlərə uyğun olaraq şəhər və kənd ərazilərində sosial-iqtisadi inkişafı təmin edən layihələrin icrasını ardıcıl şəkildə davam etdirir. Bu istiqamətdə görülən işlər bələdiyyənin tabeliyində olan üç kənd və şəhər ərazisində sosial rifahın daha da yaxşılaşmasına, sakinlərin gündəlik həyatında rahatlığın və məmnunluğun təmin olunmasına mühüm töhfə verir.

Sədr sonda qeyd edib ki, Ağcabədi bələdiyyəsinin kollektivi bundan sonra da əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, şəhərin abadlaşdırılması və ictimai rifahın yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl və məqsədyönlü şəkildə davam etdirəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər