Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2025 , 16:51

21

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Bələdiyyə sədri: “İməcilikdə iştirak edən hər bir sakinə həm də  vergiləri vaxtında ödənilməsi də tövsiyə olunur.”


“Mütəmadi olaraq ərazidə təmizlik işlərinin aparılması üçün bələdiyyənin təşkilatçılığı ilə iməcilik təşkil edilir”- bu fikirləri Belediyye.infoya Quba rayonu, Kupçal-Dağlı bələdiyyəsinin sədri Natiq Bəkmirzəyev deyib.

Məqsəd vətəndaşları ərazidə həmdə təmizliyə riayət etməyə dəvət etməkdir. Bəzən sakinlər bərk məişət tullantılarını hara gəldi atır və bu da digər sakinlərin haqlı narazılığına səbəb olur.

Odur ki, iməcilikdə bu vətəndaşalrın iştirakını təmin etməklə, həm ərazinin təmizliyi diqqətdə saxlayır, həm də maarifləndirici söhbətlər aparılır. Bərk məişət tullantıları bələdiyyənin özüboşaldan yük avtomobili ilə daşınır. Sonuncu belə iməcilikdə sakinlərlə yanaşı həm də könüllülər iştirak edib.

Belə tədbirdə iştirak edən hər bir sakinə həm də  vergiləri vaxtında ödənilməsi də tövsiyə olunur.

Bu gün bələdiyyə olaraq əsas vəzifəmiz məhz bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır. Bü gun on bir nəfərlik  bələdiyyə üzvü və kollektivin əsas fəaliyyəti məhz məqsədə yönəlib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər