Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2025 , 19:58

1454

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Vahid Mirzəyev: “Dayanıqlı maliyyə mənbəyi yaratmaqla  rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə dəstəyimizi göstəririk”

“Cəlilabad bələdiyyəsinin nəzdində fəaliyyət göstərən "Oğuz 2025" MMC - ilə rayonun  Kürdlər bələdiyyəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb”- bu barədə məlumatı Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Vahid Mirzəyev deyib.

Sədrin sözlərinə görə, əməkdaşlıq çərçivəsində “Oğuz 2025” MMC-nin balansında olan “DAF“ markalı özüboşaldan yük maşını vasitəsilə Kürdlər bələdiyyəsinin ərazisinə daxil olan kəndlərə qum-çınqıl daşınaraq töküləcək.

Sədr xüsusi olaraq qeyd edib ki, bələdiyyənin əsas məqsədi kəndlərimizdə yol infrastrukturunun yaxşılaşdırılması və vətəndaşlara daha rahat həyat şəraiti yaratmaqdır. 

“Biz birlikdə daha güclü, birlikdə daha gözəl işlərə imza atırıq”-deyən Vahid Mirzəyev daha sonra qeyd edib ki, dayanıqlı maliyyə mənbəyi kimi “Oğuz” MMC-ni təsis etməklə, biz rayonda formalaşdırılan digər bələdiyyələrə dəstəyimizi göstərməklə yanaşı, həm əhaliyə göstəyilən xidmət səviyyəsini artırmağa çalışır, həm də vətəndaş məmnunluğunun təmin edilməsinə şərait yaranmış oluruq. Odur ki, digər bələdiyyələrlə də əməkdaşlıq əlaqələrinin qurulmasına və xidmət səviyyəsinin bundan sonra da  artırmağa çalışacağıq.  

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər