Azər Məhərrəmov: “Bu layihə qəza riskini minimuma endirmək məqsədilə həyata keçirilib”
“Saatlı Rayon Qaranuru bələdiyyəsi tərəfindən yol təhlükəsizliyinin artırılmasıň istiqamətində növbəti addım atıldı”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Azər Məhərrəmov deyib.
Sədrin
sözlərinə görə, bələdiyyənin inzibati ərazisində aid olan iki kəndi birləşdirən
Şirinbəyli və Qara Nuru kəndi ilə Məmmədabad
kəndinin yolun sərt döngələri olan hissəsində sürücülərin görüş məsafəsini
yaxşılaşdırmaq və qəza riskini minimuma endirmək məqsədilə kompleks yol təhlükəsizlik
güzgüsü quraşdırılıb.
Quraşdırılan
güzgü nəqliyyatın hərəkətini daha idarə olunan edir və vətəndaşların təhlükəsizliyinin
təmin olunmasına xidmət göstərir.
Bələdiyyə olaraq kəndlərimizin inkişafı və sakinlərimizin rahatlığı üçün işlərimiz davam etdirilir.
Belediyye.info
Rəylər
0 Rəy