Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-11-2025 , 20:11

894

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Azər Məhərrəmov: “Bu layihə qəza riskini minimuma endirmək məqsədilə həyata keçirilib”

“Saatlı Rayon Qaranuru bələdiyyəsi tərəfindən yol təhlükəsizliyinin artırılmasıň istiqamətində növbəti addım atıldı”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Azər Məhərrəmov deyib.

Sədrin sözlərinə görə, bələdiyyənin inzibati ərazisində aid olan iki kəndi birləşdirən Şirinbəyli və Qara Nuru  kəndi ilə Məmmədabad kəndinin yolun sərt döngələri olan hissəsində sürücülərin görüş məsafəsini yaxşılaşdırmaq və qəza riskini minimuma endirmək məqsədilə kompleks yol təhlükəsizlik güzgüsü quraşdırılıb.

Quraşdırılan güzgü nəqliyyatın hərəkətini daha idarə olunan edir və vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət göstərir.

Bələdiyyə olaraq kəndlərimizin inkişafı və sakinlərimizin rahatlığı üçün işlərimiz davam etdirilir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər