Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə növbəti seminar-müşavirə keçirilib
Ədliyyə
Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə
seminar-müşavirə keçirilib.
Bələdiyyə
üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirdə
Mingəçevir bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak ediblər.
Seminarda
“Yerli özünüidarəetmədə antikorrupsiya və şəffaflıq”, “Yerli büdcənin
formalaşdırılması”, “Problemlər və onların aradan qaldırılması sahəsində bələdiyyənin
üzərinə düşən vəzifələr”, “Bələdiyyə üzvlərinin statusu, vətəndaşların yerli
özünüidarəetmə orqanlarına olan etimadının yüksəldilməsində bələdiyyə üzvlərinin
rolu”, “Bələdiyyə qulluğuna qəbul və icra aparatının formalaşdırılması
qaydaları”, “Bələdiyyə qulluqçularının hüquq və vəzifələri, sosial təminatları”
kimi mövzular müzakirə olunub.
Tədbir zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, çıxış və təkliflər dinlənilib, suallar cavablandırılıb.
Rəylər
0 Rəy