Atabala Şeydayev: “Layihələrimiz bələdiyyənin təsis etdiyi müəssisə tərəfindən icra olunur”
“Pirəbədil bələdiyyəsinin ərazisi bu il keçirilən birləşdirmədən sonra 38 kəndi əhatə edir. Bu kəndlərdə əhali sayı az olsa da ərazi çox böyükdür. Bu ərzilərdə əhali ilə görüşlərin təşkili onların problemlərinin dinlənilməsi hədsiz dərəcədə vaxt itkisinə səbəb olur”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib. Sədr daha sonra qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq bələdiyyə üzvləri mütəmadi olaraq və sistemli şəkildə seçicilərlə görüşərək onları narahat edən məsələləri öyrənir və bələdiyyə iclasında müzakirəyə çıxarırlar.
Bələdiyyə tərəfindən həyata keçirilən layihələrin böyük bir
qismi məhz vətəndaşların müraciətləri əsasında həyata keçirilir. Bu günlərdə Düz Bilici kəndinin kəndaxili yollarının
daşlanması da bu qəbildən olan layihələrdəndir. Layihələrimiz bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC
tərəfindən icra olunur.
Sədr büdcə layihəsinin iclaslarda müzakirə edildiyini və yaxın günlərdə təsdiq ediləcəyini qeyd etməyi
unutmadı. Bu gün proqnozda
nəzərdə tutulan büdcənin əldə olunması üçün bütün qüvvələri səfərbər etməyi
düşünürük.
Qeyd edək ki, hazırda Pirəbədil bələdiyyəsinin
13 nəfər üzvü və 17 nəfər qulluqçusu var.
İrili-xırdalı 38 kəndi əfatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən
artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy