Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-12-2025 , 00:17

1069

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Ələsgərov: “ Ərazidə görüləsi işlərimiz çoxdur, ancaq... ”


“Abşeron rayonunda formalaşan bələdiyyələr sırasında yerli büdcə gəlirlərini ən çox artıran Məhəmmədli bələdiyyəsi olub. Yerli vergilər Məhəmmədli bələdiyyəsində 3.3 dəfə, Saray bələdiyyəsində 2 dəfə, Mehtiabad bələdiyyəsində isə  ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 faiz artıb”-bu fikirləri

Belediyye.infoya Abşeron rayon Məhəmmədli bələdiyyəsinin sədri Ceyhun Ələsgərov deyib. Sədr sözünə davam edərək qeyd edib ki, rəhbərlik etdiyi bələdiyyə ilk dəfədir ki bu uğura imza atıb.

Ancaq bələdiyyəmiz bununla kifayətlənmək fikrində deyil. Çünki ərazidə görüləsi işlərimiz çoxdur. Bu layihələrin icrası isə maliyyə vəsaiti tələb edir. Odur ki, bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan istifadə edir. Vergi ödəyicilərimiz vergilərini vaxtında ödəmiş olsalar, bizdə onların qaldırdığı məsələlərin həllini sürətləndirə bilərik. 

Bu günlərdə kəndin Nizami Gəncəvi və Tofiq Hüseynov küçələrinə müvafiq olaraq uzunluğu 800 və 600 metr olmaqla çınqıl tökülərək, yayılmış və bərkitmə işləri aparılmışdır. 

Sədr sonda qeyd edib ki, bu günlərdə  büdcə layihəsi ciddi müzakirələrdən sonra təsdiq edilmişdir. Büdcə layihəsinin yekun versiyasında hər bir bələdiyyə üzvünün təklif və tövsiyələri nəzərə alınıb. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər