Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-12-2025 , 01:13

886

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Uşaq bağçasında Muxax  bələdiyyəsinin təşkilatçılığı ilə təbdir keçirilib

"Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda da 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı silsilə tədbirlərlə təntənəli şəkildə qeyd olunur. Yeni təqvim ilinin gəlişi ilə əlaqədar, o cümlədən rayondakı körpələr evi-uşaq bağçalarında da müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilməkdədir. Belə tədbirlərdən biri də Zaqatala  rayonu Muxax kənd körpələr evi - uşaq bağçasında keçirilib"- bu barədə Belediyye.infoya məlumatı Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.

Sədr qeyd edib ki, tədbirdə uşaqlar deyib-gülüb əylənib, şeirlər söyləyib, mahnılar oxuyub və rəqs ediblər. Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün Muxax bələdiyyəsi də öz köməyini əsirgəmir.

Keçirilən tədbirdə çıxış edənlər Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqları sonsuz məhəbbətlə sevdiyini, onlara hər zaman böyük qayğı və diqqət göstərdiyini diqqətə çatdırıblar. Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələrin bu gün Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini minnətdarlıq hissi ilə qeyd ediblər.

Sonda Muxax  bələdiyyəsi  tərəfindən alınmış hədiyyələr körpələrə təqdim edilmişdir.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər