Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-12-2025 , 16:43

1092

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Günel Ağayeva: “Sakinlərimizin sosial-məişət qayğıları ilə maraqlanmaq Nohurqışlaq bələdiyyəsinin əsas vəzifələrindəndir”

“Bələdiyyə olaraq çalışırıq ki, sakinlərin qadırdığı məsələləri diqqətdə saxlamaqla həllinə nail olaq” - bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.

Sədin sözlərinə görə,  vətəndaş müraciətlərinə uyğun olaraq Nohurqışlaq kənd İmamlı məhəlləsindəki qəbirstanlıqda təmir-bərpa və abadlıq işləri həyata keçirilib.

Bununla yanaşı bələdiyyə olaraq şəhid, qazi və kənd sakinlərini də unutmur, onlarla görüşlər keçirir, sosial-məişət qayğları ilə maraqlanır, problemlərinin həlinə dəstək verir və həmçinin maddi dəstək göstərməyi unutmuruq.

Sədr qeyd edib ki, Nohurqışlaq kənd sakini Rəvanə Əmiraslanovaya ailə başçısını itirdiyinə görə 250 manat həcmində, mualicəyə ehtiyacı olan Ruslan Əsədova isə  200 manat həcmində maddi yardım göstərilib. Qazi Bəhram Nuruyevə 150 manat, habelə aztəminatlı ailə olaraq Səadət Atayevaya və Ziyəddin Bəşirova hər biri  100 manat olamqla, Rəvan Əbdelkərimova isə 60 manat həcmində maddi yardım göstərilmişdir .

Sədr qeyd edib ki,  Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır. Bu istiqamətdə Nohurqışlaq bələdiyyəsi öz  töhfəsini verməkdədir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər