Elnur Beybalayev: “Həyata keçirdiyimiz hər bir layihədə sakinlərin istəyi nəzərə alınır”
"Ağalıq bələdiyyəsi olaraq daim sakinlərə xidmət etməklə həm də seçicilərimizə verdiyimiz sözü tutmuş oluruq. Həyata keçirdiyimiz hər bir layihə məhz sakinlərin təşəbbüsü və ya istəyi nəzərə alınır" - bu fikirləri Belediyye.infoya Şabran rayonu Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev deyib.
Bu günlərdə sakinlərin
və xüsuəndə şəhid ailələrinin müraciəti bələdiyyə iclasında müzakirə edilərək kəndarası
küçələrin abadlaşdırılması qərara alınmışdır. Bunun üçün kəndin ehtiyacı olan
küçələrinə çınqıl tökülərək qrederlə yayılımış və bərkitmə işləri aparılaraq sakinlərin
gediş-gəlişi üçün yararlı vəziyyətə gətirilmişdir.
Bununla yanaşı
Dünya Azərbaycanlılarının Həmrəylik günü kənd ərazisində şəhid ailəsi ziyarət
olunmuş, sosial-məişət qayğıları ilə maraqlanılmış və bayram payı təqdim
edilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy