Azər Məhərəmov: “Qara Nuru Bələdiyyəsi bundan sonra da sosial dəstək tədbirlərini davam etdirməyi qarşısına məqsəd qoymuşdur”
“Saatlı
rayon Qara Nuru Bələdiyyəsi tərəfindən sosial həssas ailələrə və müharibə
iştirakçılarının ailələrinə daim diqqət və qayğı göstərilir” bu barədə
Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin
sədri Azər Məhərrəmov deyib.
Sədr
bildirib ki, Şirinbəyli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi ailəsinə
200 manat məbləğində bir dəfəlik maddi yardım göstərilmişdir. Həmin kənddən
olan idmançıya isə 100 manat məbləğində bir dəfəlik maddi yardım edilmişdir. Qara
Nuru kəndindən olan bir ailəyə də 100 manat məbləğində bir dəfəlik maddi yardım
təqdim olunmuşdur.
Bununla yanaşı, görülən işlər bununla yekunlaşmır. Bayram
günləri ərəfəsində 7 aztəminatlı ailəyə Qara Nuru Bələdiyyəsi tərəfindən bayram
sovqatları hazırlanaraq təqdim edilmiş, ailələrlə səmimi bayram söhbətləri
aparılmışdır.
Qara Nuru Bələdiyyəsi bundan sonra da sosial dəstək tədbirlərini
davam etdirməyi qarşısına məqsəd qoymuşdur.
Rəylər
0 Rəy