Hesabat yığıncağında təltif edilənlər sırasında bələdiyyə sədri də var
Tədbir
iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış
abidəsini ziyarət etdilər.
“2025-ci
ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində
görülmüş işlər və cari ildə qarşıda
duran vəzifələr barədə” RİH-nin başçısı Məhərrəm Quliyevin məruzəsi və aidiyyəti
məsul şəxslərin çıxışları dinlənilib və rayonun həlli vacib məsələləri barədə
geniş müzakirələr aparıldı.
İclasda
çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin
sektor müdiri Müşfiq Osmanov, rayon Ağsaqqallar şurasının sədri Rəddin Məmmədov,
Qərbi Azərbaycan İcmasının Goranboy nümayəndəsi Ürfət Həsənov və digər natiqlər
2025-ci ildə rayonun bütün sahələrdə əldə
etdiyi nailiyyətlər, cari ildə həlli vacib məsələlər barədə fikir və təkliflərini
bildiriblər.
İclasın
sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən
şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr
göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərman”ları
təqdim edilib.
“Fəxri Fərman” alan şəxslər sırasında rayonun Səfikürd bələdiyyəsinin sədri Murad Muradov da var. Sədr bələdiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.
Rəylər
0 Rəy