Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-01-2026 , 14:11

724

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Hesabat yığıncağında təltif edilənlər sırasında bələdiyyə sədri də var

 Goranboy şəhərində RİH Başçısının illik hesabat iclası keçirilib. “2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” Goranboy RİH Başçısının keçirilən illik hesabat iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, o cümlədən hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.

Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. 

“2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və  cari ildə qarşıda duran vəzifələr barədə” RİH-nin başçısı Məhərrəm Quliyevin məruzəsi və aidiyyəti məsul şəxslərin çıxışları dinlənilib və rayonun həlli vacib məsələləri barədə geniş müzakirələr aparıldı.

İclasda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Müşfiq Osmanov, rayon Ağsaqqallar şurasının sədri Rəddin Məmmədov, Qərbi Azərbaycan İcmasının Goranboy nümayəndəsi Ürfət Həsənov və digər natiqlər 2025-ci ildə rayonun bütün sahələrdə əldə  etdiyi nailiyyətlər, cari ildə həlli vacib məsələlər barədə fikir və təkliflərini bildiriblər.

İclasın sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərman”ları təqdim edilib. 

“Fəxri Fərman” alan şəxslər sırasında rayonun Səfikürd bələdiyyəsinin sədri Murad Muradov da var. Sədr bələdiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər