Təltif edilənlər sırasında bələdiyyə sədri də var
Xəbər verdiyimiz kimi, bu günlərdə Goranboy şəhərində RİH Başçısının illik hesabat iclası keçirilib. Toplanıtda “2025-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələr barədə” Goranboy RİH Başçısının keçirilən illik hesabat iclasında Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, o cümlədən hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.
İclasın
sonunda, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən
şəxslərə və xidməti fəaliyyətlərinin yerinə yetirilməsində müsbət nəticələr
göstərən bir qrup əməkdaşlara rayon İcra Hakimiyyəti Başçısının “Fəxri Fərman”ları
təqdim edilib.
“Fəxri Fərman” alan şəxslər sırasında rayonun Düzqışlaq bələdiyyəsinin sədri Mətin Papırlı da var. Sədr bələdiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə “Fəxri Fərman”la təltif edilib.
Belediyye.info
Rəylər
0 Rəy