Qax rayonunda bələdiyyə-icra münasibətlərində yeni dövr
Mütəmadi olaraq Qax şəhər bələdiyyəsinin, o cümlədən İlisu, son vaxtlarda isə qismən Qaxbaş bələdiyyəsinin həyata keçirdiyi layihələr barəsində məlumatlar Belediyye.info resursuna daxil olmaqdadır.
İki
il əvvəl sədri olduğum QHT-nin layihəsini icra edərkən Qax rayonunda formalaşan
altı bələdiyyədə görüşlər keçirdiyimdən
bu bələdiyyələrin hansı potensila, hansı gücə sahib olduqları barədə əyani şəkildə
bilgim var.
İndi
isə diqqəti başqa bir məqam çəkdi. Yəni Qax RİH-i sosial media platformasında bələdiyyələrin fəaliyyəti barəsində ümumiləşdirilmiş
məlumat paylaşmışdı. Əlavə edim ki, bu son aylarda birinci hal deyildi. Biz də məhz həmin məlumatı
istifadə edib paylaşdıq.
Söhbət
ondan gedir ki, icra strukturları tərəfindən bələdiyyələrin fəaliyyəti barəsində
məlumatın paylaşılması indiki zamanda “nadir” hadisələrdən hesab edilir.
Əlaqə
saxladığımız bələdiyyə sədrləri də, etiraf edim ki, rayonda bələdiyyə-icra
münasibətlərinə baxışın son aylarda bir
xeyli müsbət yöndə dəyişdiyini qeyd etdilər. Bütün hallarda bələdiyyələrin fəaliyyətinə
RİH tərəfindən dəstəyin verilməsi, seçkili orqanın RİH tərəfindən hər hansı tapşırıqlarla
“yüklənməsinə” belə marağın olmaması hər halda diqqəti çəkən məsələlərdəndir.
Düşünürəm
ki, fəaliyyətini yaxından izlədiyim RİH başçısı Elvin Paşayev Göygöl rayonunda
əldə etdiyi təcrübəni artıq Qax rayonunda da əyani şəkildə sınaqdan keçirməklə,
həm bələdiyyənin, həm də RİH-in müəyyən mənada zəifləmiş nüfuzunun bərpasına fəaliyyəti
ilə nail ola bilib.
Düşünürəm
ki, Qax bələdiyyələri cari ildə də uğurlu layihələri ilə həm onlara göstərilən
etimadı döğrüldacaq, həm bələdiyyənin büdcə gəlirlərini artırmaqla rayonda vətəndaş
məmnunluğunun təmin edilməsinə öz töhfələrini verəcəklər.
Belə
olan halda bizə yalnız uğurlar arzulamaq qalır.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy