Göyçay bələdyyələri əmlak vergisinin həcmini 47 faiz artırıblar
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Göyçay rayonunda formalaşan 13 bələdiyyənin büdcə gəliri 565.900 manat olub. Bu 2024-ci llə müqayisədə 24.5 faiz çoxdur. 2024-cü ildə 26 bələdiyyənin əldə etdiyi vəsaitin həcmi 454.700 manata bərabər olub.
Əldə edilən gəlirin 43.9 faizi vergilərdən, 56.1 faizi isə
rüsumlardan olub. Büdcə gəlirinin 22.4 faizi torpaq, 21, 4 faizi əmlak
vergisindən daxil olub. Əmlak vergisindən daxil
olan vəsaitin həcmi ötən illə müqayisədə 47 faiz artıq olub. Belə ki, 13 bələdiyyənin birgə əldə
etdiyi əmlak vergisinin həcmi 121.300 manata bərabər olub.
Göyçay bələdiyyələrinin büdcə gəlirinin 38.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Rayon bələdiyyələri ötən il 158.500 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 29.3 faiz çox deməkdir. İl ərzində Göyçay bələdiyyələrinə 90 min manat dotasiya ayrılıb. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən bələdiyyə büdcəsinə 1500 manat, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən isə 1100 maliyyə vəsaiti daxil olub.
Avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət
vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər
hansı maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy