Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2026 , 18:54

101

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

“Beynəlxalq Muzeylər Günü”ndə Pirəbədil Tarix Muzeyi ziyarət olunub

 18 may 2026-cı il tarixdə “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə Şabran rayonunun Pirəbədil kəndində fəaliyyət göstərən Pirəbədil Tarix Muzeyi ziyarət olunub. Ziyarətdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı, Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və Şabran rayon bələdiyyəsinin sədri Fidan Fərzəliyeva iştirak ediblər.

Qeyd olunub ki, hər il may ayının 18-i dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd olunur. Bu əlamətdar gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) qərarı ilə təsis edilmiş və əsas məqsəd muzeylərin cəmiyyətin mədəni həyatında rolunu gücləndirmək, tarixi-mədəni irsin qorunmasına diqqəti artırmaqdan ibarətdir. Azərbaycanda da bu gün geniş şəkildə qeyd olunur, muzeylərin fəaliyyəti, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər xüsusi vurğulanır.

Ziyarət zamanı Pirəbədil Tarix Muzeyinin ekspozisiyası ilə yaxından tanışlıq olub, burada qorunub saxlanılan qədim məişət əşyaları, etnoqrafik nümunələr, kəndin tarixi keçmişini əks etdirən materiallar və müxtəlif dövrlərə aid eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeylər xalqın tarixi yaddaşının qorunmasında, milli irsin təbliğində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Görüş zamanı muzeyin kollektivi ilə səmimi söhbət aparılıb, onların fəaliyyəti yüksək qiymətləndirilib və gələcək işlərində uğurlar arzulanıb. Çıxış edənlər qeyd ediblər ki, dövlət tərəfindən ölkəmizdə mədəniyyət sahəsinə, xüsusilə muzeylərin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin “Xalq öz tarixini nə qədər yaxşı bilirsə, bir o qədər qüdrətli olur” fikri vurğulanaraq bildirilib ki, tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur.

Sonda xatirə şəkilləri çəkdirilib və “18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə muzey əməkdaşlarına xoş arzular çatdırılıb.

Şabran bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər