Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-08-2026 , 21:54

77

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Təltif edilənlər sırasında bələdiyyə sədri də var


Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.              

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov rayon təşkilatının  yaradılmasının 33 illiyi ilə əlaqədar partiyanın hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. Bildirib ki, ötən dövr ərzində təşkilat partiyanın rayon üzrə fəaliyyətinin əlaqələndirilməsi, üzvlərlə işin gücləndirilməsi və ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunması istiqamətində mühüm işlər həyata keçirilib. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan mühüm nailiyyətlər əldə edib və ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatındakı mühüm rolundan danışıb. O bildirib ki, partiyanın tarixi ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın təmin olunması ilə sıx bağlıdır. Yeni Azərbaycan Partiyasının gücü onun xalqla sıx bağlılığında, vahid məqsəd və ideyalar ətrafında birləşməsindədir. O, rayon təşkilatının fəaliyyətində iştirak edən hər bir partiya üzvünə təşəkkürünü bildirib.

Çıxışlardan sonra rayon təşkilatının həyatında fəal iştirakına görə bir qrup partiya fəalına “Fəxri Fərman”lar təqdim edilib. Təltif edilənlər sırasında Saatlı bələdiyyəsinin sədri Aqil Heydərovda var.


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər