Bu qəsəbədə ağacəkmə aksiyası keçirilib
07 Noyabr 2025-ci il tarixində Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sumqayıt şəhər icra başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinin və Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin təşkilatçılığı ilə Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sumqayıt şəhər icra hakimiyyətinin şöbə müdiri
Gündüz Əliyev, Milli məclisin deputatı Elnarə Akimova, Sumqayıt şəhər icra
hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi Lalə
Hacıyeva, Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova,
idarə, müəssisə, təşkilat rəhbərləri və kollektivləri, İcra nümayəndəliyinin və
bələdiyyənin əməkdaşları,
məktəb və bağça direktorlarları, müəllimlər, şagirdlər və şəhid ailələri iştirak edirdilər.
Tədbir çərçivəsində 400-dən çox Eldar şamı və zeytun ağacları əkilib.
Rəylər
0 Rəy