Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-09-2025 , 21:35

1522

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Bələdiyyənin vergi xidmətinin fəaliyyəti nəticəsində  büdcə gəlirlərində 58,2 faiz artım olub”

“Bu gün Nəsimi bələdiyyəsi olaraq  rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi üçün öz töhfəmizi  verməyə çalışırıq. Bu məqam fəaliyyətimizin mərkəz nöqtəsində dayanır”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Sədr bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi üçün ilk növbədə  büdcə gəlirlərini artırmağa çalışırıq. Bələdiyyənin vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, ötən ilin səkkiz ayı ilə müqayisədə cari ilin səkkiz ayı ərzində büdcə gəlirlərində 58,2 faiz artım olub.

BAMS-da tətbiq edilən yeniliklərin istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyənin büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərməkdədir.

Bu gün bələdiyyənin vergi xidməti icra-probasiya xidməti ilə ciddi şəkildə işləyərək borclu vətəndaşların vergiyə çəlb edilməsi istiqamətində addımlar atır.

Nəticə etibari ilə əldə edilən vəsait sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir.  Odur ki, büdcə gəlirlərini artırmaqla vətəndaş müraciətlərini diqqətdə saxlamağa çalışır, seçicilərimizə verdiyimiz sözü tutmağa çalışırıq. Nəsimi bələdiyyəsinin kollektivinin əsas məqsədi də məhz bu məsələlərin həllinə yönəldilir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1018

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1114