Ağacəkmə aksiyası bələdiyyənin təşkilatçılığı ilə keçirilib
“Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili” çərçivəsində X.Məmmədov küçəsi 31 ünvanında ağacəkmə aksiyası keçirilib”-bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Sədr
bildirib ki, aksiyada Xətai bələdiyyəsinin üzv və qulluqçuları, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların
əməkdaşları iştirak ediblər. Ətraf
mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir
zamanı ərazidə 200 yeni ağaclar əkilib, onlar suvarılıb və aqrotexniki qulluq
göstərilib.
Qeyd
edək ki, ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi,
ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və
ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.
Tədbir
çərçivəsində ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri zamanı qurumuş və
təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb,
yaşıllıq sahələrinə müxtəlif növ gül-çiçəklər əkilib. Bununla yanaşı,
ümumi təmizlik və abadlıq işləri də həyata keçirilib.
Qeyd edək ki, payız mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcəkdir.
Rəylər
0 Rəy