Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-12-2025 , 21:08

1218

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: “Qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin büdcə gəlirlərinin səviyyəsindən çox asılıdır”

“Bizim bələdiyyənin vergi yığımı ilə bağlı potensialı böyükdür”- bu fikirləri Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bu gün bələdiyyədə vergi xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iclasda səsləndirib.

Sədr qeyd edib ki, bu gün on bir aylığın nəticəsinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 fazilik artım müşahidə olunub. Ancaq bunu hələ tam qənaətbəxş hesab etmək olmaz.

Sədr daha sonra qeyd edib ki,  vergi xidməti əməkdaşları işinə məsuliyyətlə yanaşmalı, vəzifələrini layiqincə icra etməli və BAMS-ın verdiyi imkandan tam şəkildə yararlanmalı, habelə büdcə gəlirlərini artırmağa çalışmalıdır.

Hazırda bilavasitə seçicilərlə  ünsiyyətdə olan vergi müfəttişləri bildirişləri paylamaqla yanaşı, həm də maarifləndirmə işlərini davam etdirməlidir. Bu gün hər bir vergi ödəyicisini narahat edən məsələlərin həlli üçün çalışmalıdır. Vergi müfəttişləri borclu vətəndaşlarla, habelə həssas qrupa aid olan insanlarla ünsiyyətdə diqqətli olmalı, yalnışlığa yol verilməməli borcun ödənilməsinə səy göstərməlidirlər.

Sədr daha sonra bələdiyyə büdcəsinin ardıcıl olaraq bələdiyyə iclasında müzakirə edildiyini və yaxın günlərdə təsdiq ediləcəyini bildirib.

Bələdiyyə qulluqçularının və vergi müəfttişlərinin iştirakı ilə keçirilən görüşdə bildirildi ki, vergi müfəttişlərinin üzərinə bu gün ciddi məsuliyyət yükü düşür. Lakin ərazidəki sənədsiz mənzilin mövcudluğu vergi yığımına ciddi təsir edən amillərdəndir.

İxdiyar Nəcəfov bildirib ki, qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin büdcə gəlirlərinin səviyyəsindən çox asılıdır. Bələdiyyəyə müraciət edən hər bir insan bələdiyyədən məmnun getməsi üçün hər bir vergi xidməti əməkdaşı büdcə gəlirlərinin artımına öz töhfəsini verməlidir.

Sonda sədr vergi müfəttişlərini maraqlandıran sualları cavablandırıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724