İxdiyar Nəcəfov: “Qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin büdcə gəlirlərinin səviyyəsindən çox asılıdır”
“Bizim bələdiyyənin vergi yığımı ilə bağlı potensialı böyükdür”- bu fikirləri Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bu gün bələdiyyədə vergi xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iclasda səsləndirib.
Sədr
qeyd edib ki, bu gün on bir aylığın nəticəsinə görə, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 28 fazilik artım müşahidə olunub. Ancaq bunu hələ tam qənaətbəxş hesab
etmək olmaz.
Sədr
daha sonra qeyd edib ki, vergi xidməti əməkdaşları
işinə məsuliyyətlə yanaşmalı, vəzifələrini layiqincə icra etməli və BAMS-ın
verdiyi imkandan tam şəkildə yararlanmalı, habelə büdcə gəlirlərini artırmağa çalışmalıdır.
Hazırda
bilavasitə seçicilərlə ünsiyyətdə olan
vergi müfəttişləri bildirişləri paylamaqla yanaşı, həm də maarifləndirmə işlərini
davam etdirməlidir. Bu gün hər bir vergi ödəyicisini narahat edən məsələlərin həlli
üçün çalışmalıdır. Vergi müfəttişləri borclu vətəndaşlarla, habelə həssas qrupa
aid olan insanlarla ünsiyyətdə diqqətli olmalı, yalnışlığa yol verilməməli borcun
ödənilməsinə səy göstərməlidirlər.
Sədr
daha sonra bələdiyyə büdcəsinin ardıcıl olaraq bələdiyyə iclasında müzakirə
edildiyini və yaxın günlərdə təsdiq ediləcəyini bildirib.
Bələdiyyə
qulluqçularının və vergi müəfttişlərinin iştirakı ilə keçirilən görüşdə bildirildi
ki, vergi müfəttişlərinin üzərinə bu gün ciddi məsuliyyət yükü düşür. Lakin ərazidəki
sənədsiz mənzilin mövcudluğu vergi yığımına ciddi təsir edən amillərdəndir.
İxdiyar
Nəcəfov bildirib ki, qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsi bələdiyyənin
büdcə gəlirlərinin səviyyəsindən çox asılıdır. Bələdiyyəyə müraciət edən hər
bir insan bələdiyyədən məmnun getməsi üçün hər bir vergi xidməti əməkdaşı büdcə
gəlirlərinin artımına öz töhfəsini verməlidir.
Sonda sədr vergi müfəttişlərini maraqlandıran sualları cavablandırıb.
Belediyye.info
Rəylər
0 Rəy