Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-12-2025 , 00:43

1122

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Daha bir deputat  bələdiyyə sədri ilə birgə vətəndaş qəbulu keçirib

Qaradağ rayonu, Sahil bələdiyyəsinin inzibati binasında  Milli Məclisin deputatı Aydın Hüseynovun  Sahil bələdiyyəsinin sədri Ramil Hüseynli ilə birgə  vətəndaş qəbulu keçirilib.

Görüşdə deputat köməkçisi, eləcə də bələdiyyənin icra  aparatı əməkdaşları iştirak ediblər.

Vətəndaş qəbulunda qəsəbə sakinləri fəal iştirak edərək onları narahat edən sosial problemlərini hər iki seçkili orqanın təmsliçilərinin  diqqətinə çatdırıblar.

Qəbul zamanı sakinlər əsasən yolların abadlaşdırılması, mülkiyyət hüquqlarının sənədləşdirilməsi, içməli su və qaz təchizatı ilə bağlı mövcud çətinliklər barədə müraciətlərini səsləndiriblər. 

Millət vəkili Aydın Hüseynov vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir məsələnin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını  qeyd edib. Qəbulda Sahil Bələdiyyəsinin sədri Ramil Hüseynli bələdiyyənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konkret addımların atılacağını xüsusilə bildirib.

Qəbul zamanı səsləndirilən müraciətlərin bir qismi yerindəcə izah və tövsiyələrlə cavablandırılıb, daha ətraflı araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1144