Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərini diqqətdə saxlayacaqdır”
“Vətəndaşların müraciəti əsasında Maştağa bələdiyyəsi tərəfindən cari ilin dekabr ayında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan yaşayış massivində infrastrukturun yaxşılaşdırılması məqsədilə asfaltlanma işləri həyata keçirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Sədr
qeyd edib ki, Savalan yaşayış massivi, Tərəqqi keçəsi, 10-cu dalan üzrə uzun
müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş yol sahəsində təmir-bərpa
işlərinə başlanılmış, ərazidə mövcud olan çuxurlar, səth pozuntuları və hərəkətə
mane olan qüsurlar aradan qaldırılmışdır. Aparılan işlər çərçivəsində ümumilikdə
682 kvadrat metr ərazidə yeni asfalt örtüyü salınmışdır.
Görülən
asfaltlanma işləri sakinlərin gündəlik gediş-gəlişinin rahatlaşdırılmasına, nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, həmçinin yaşayış
massivində ümumi abadlıq və sosial infrastrukturun yaxşılaşdırılmasına xidmət
edir.
Anar
Adıgözəlov qeyd edib ki, Maştağa bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərini
diqqətdə saxlayaraq, qəsəbə ərazisində yol təsərrüfatının və kommunal
infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin
görülməsini davam etdirəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy