Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-12-2025 , 16:21

1165

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Maştağa bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərini diqqətdə saxlayacaqdır”

“Vətəndaşların müraciəti əsasında Maştağa bələdiyyəsi tərəfindən cari ilin dekabr ayında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan yaşayış massivində infrastrukturun yaxşılaşdırılması məqsədilə asfaltlanma işləri həyata keçirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, Savalan yaşayış massivi, Tərəqqi keçəsi, 10-cu dalan üzrə uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş yol sahəsində təmir-bərpa işlərinə başlanılmış, ərazidə mövcud olan çuxurlar, səth pozuntuları və hərəkətə mane olan qüsurlar aradan qaldırılmışdır. Aparılan işlər çərçivəsində ümumilikdə 682 kvadrat metr ərazidə yeni asfalt örtüyü salınmışdır.

Görülən asfaltlanma işləri sakinlərin gündəlik gediş-gəlişinin rahatlaşdırılmasına, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, həmçinin yaşayış massivində ümumi abadlıq və sosial infrastrukturun yaxşılaşdırılmasına xidmət edir.

Anar Adıgözəlov qeyd edib ki, Maştağa bələdiyyəsi bundan sonra da vətəndaş müraciətlərini diqqətdə saxlayaraq, qəsəbə ərazisində yol təsərrüfatının və kommunal infrastrukturun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər