Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-12-2025 , 19:54

1374

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi yaşıllıqlara xidmət göstərən müəssisə yaradır”

“Hər bir bələdiyyə  dayanıqlı maliyyə mənbəyinin yaradılmasına maraqlı olmalı və  bu istiqamətdə qanunvericiliyin verdiyi bütün imkanlardan yararlanmalıdır”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Sədrin sözlərinə görə, Nərimanov bələdiyyəsi yaşıllıqlara xidmət göstərən müəssisənin yaradılmasını qərara alıb. Bununla bağlı artıq müəssisənin yaradılması ilə bağlı hüquqi prosedurlar həyata keçirilir.

“Nərimanov-Yaşıllıq xidməti” adlanacaq MMC-nin  əsas fəaliyyət istiqamətləri əsasən hüquqi və fiziki şəxslərə məxsus ərazilərdə yaşıllıqlara aqrotexniki qulluğun  göstərilməsi, budanması və götürülməsi ilə bağlı hüquqi prosedurların həyata keçirilməsi nəzərdə tutulub.

Artıq bələdiyyənin dayanıqlı maliyyə mənbəyi kimi MMC-nin təsis edilməsi bələdiyyə iclasında ilkin müzakirədən keçib.

Sədr qeyd edib ki, fiziki və hüquqi  şəxslərə xidmət pullu olacaq, lakin şəhid və qazi ailələrinin müraciətləri ilə göstəriləcəj xidmətlər pulsuz həyata keçiriləcəkdir.

Təmraz Tağıyev deyib ki, yeni ildən fəaliyyətə başlayacaq müəssisənin hazırda texniki  bazasının yaradılması ilə bağlı təkliflər müzakirə edilməkdədir. Dayanıqlı maliyyə mənbəyi kimi  yaradılacaq müəssisə həm əlavə iş yerlərinin açılmasına, həm də yerli büdcəyə əlavə vəsaitin daxil olmasına imkan verəcəkdir.    

Sədr əlavə edib ki, hazırda bələdiyyənin balansında olan yeddi hektarlıq yaşıllıq zolağında ciddi mövsümi işlər aparılır. Bundan əvvəl ərazidə vurulmuş  yeddi subartezian quyusu həm yeddi hektarlıq yaşıllıq zolağına , həm də şəhərin digər ərazilərində yaşıllıq zolaqlarına xidmət göstərir.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1144