Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-12-2025 , 16:31

1302

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətaidə Yeni il tərtibatı sakinlərə bayram sevinci bəxş edir

Şəhərimizin sakinlərində bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə Xətai rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında Yeni ilə hazırlıq işləri aparılıb. Rayon ərazisində genişmiqyaslı tərtibat və bəzək işləri görülüb.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, 8 Noyabr prospektində, Yusif Səfərov, M. Hadi, Zığ yolu və digər küçələrdə yol boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və müxtəlif dekorativ elementlər quraşdırılıb. Bu tərtibat işləri ətraf mühitə xüsusi bayram ab-havası qatır.

Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən parklar yolkalar və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına mədəniyyət və istirahət parkında quraşdırılmış yolka öz möhtəşəm görünüşü ilə xüsusilə körpələrin sevincinə səbəb olur. Parkın gecə görüntüləri isə daha cəlbedici olmaqla ətrafı rəngarəng işıqlara qərq edir.

Xətai RİH-in təşkilatçılığı ilə  həyata keçirilən bu layihəyə Xətai bələdiyyəsi də öz töhfəsini verib.

Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi xüsusi nəzarətdə saxlanılır.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724