Xətaidə Yeni il tərtibatı sakinlərə bayram sevinci bəxş edir
Şəhərimizin sakinlərində bayram əhval-ruhiyyəsi və xoş ovqat yaratmaq məqsədilə Xətai rayonunun prospekt, küçə və meydanlarında, park və xiyabanlarında Yeni ilə hazırlıq işləri aparılıb. Rayon ərazisində genişmiqyaslı tərtibat və bəzək işləri görülüb.
Heydər Əliyev adına mədəniyyət və istirahət parkında, 8
Noyabr prospektində, Yusif Səfərov, M. Hadi, Zığ yolu və digər küçələrdə yol
boyunca təbii ağaclar işıqlandırılıb, yolkalar və müxtəlif dekorativ elementlər
quraşdırılıb. Bu tərtibat işləri ətraf mühitə xüsusi bayram ab-havası qatır.
Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi məqsədilə Xətai
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif ərazilərində yerləşən
parklar yolkalar və digər bayram atributları ilə bəzədilib. Heydər Əliyev adına
mədəniyyət və istirahət parkında quraşdırılmış yolka öz möhtəşəm görünüşü ilə
xüsusilə körpələrin sevincinə səbəb olur. Parkın gecə görüntüləri isə daha cəlbedici
olmaqla ətrafı rəngarəng işıqlara qərq edir.
Xətai
RİH-in təşkilatçılığı ilə həyata keçirilən
bu layihəyə Xətai bələdiyyəsi də öz töhfəsini verib.
Yeni il şənliklərinin yüksək səviyyədə təşkili, sakinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə bayram günlərində parkın işıqlandırma sistemi xüsusi nəzarətdə saxlanılır.
Rəylər
0 Rəy