Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2025 , 20:33

1166

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağacəkmə aksiyası bələdiyyənin təşkilatçılığı ilə keçirilib

“Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı ilə  Konstitusiya və Suverenlik ili” çərçivəsində X.Məmmədov küçəsi 31 ünvanında ağacəkmə aksiyası keçirilib”-bu barədə məlumatı adıçəkilən bələdiyyənin  sədri  Elşad Vəliyev deyib.

Sədr bildirib ki, aksiyada Xətai bələdiyyəsinin üzv və qulluqçuları,  rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.  Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı ərazidə 200 yeni ağaclar əkilib, onlar suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, ağacəkmə aksiyasının əsas məqsədi yaşıllıq zolaqlarının genişləndirilməsi, ekoloji sabitliyin təmin olunması, şəhərin ekoloji tarazlığının bərpası və ictimaiyyət arasında təbiətə qayğı hissinin təbliğ olunmasıdır.

Tədbir çərçivəsində ərazidə aparılmış abadlıq və yaşıllaşdırma işləri zamanı qurumuş və təhlükə yaradan ağaclar götürülüb, ot örtüyü biçilib, quru otlar daşınıb, yaşıllıq sahələrinə müxtəlif növ gül-çiçəklər əkilib. Bununla yanaşı, ümumi təmizlik və abadlıq işləri də həyata keçirilib.

Qeyd edək ki, payız mövsümü ərzində Xətai rayonu ərazisində yaşıllaşdırma tədbirləri, yeni ağacların əkilməsi və mövcud yaşıllıqlara qulluqla bağlı iməcliklərin keçirilməsi davam etdiriləcəkdir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər