Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-12-2025 , 19:22

1228

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Büdcə gəlirlərində artımın olmasını hələ qənətbəxş hesab etmək olmaz”


Nərimanov bələdiyyəsində kollektiv üzvlərinin iştirakı ilə növbəti görüş keçirilib. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən növbəti  görüşdə Nərimanov   Bələdiyyəsinin sədri Təmraz Tağıyev bələdiyyə qulluqçularının, xüsusəndə bələdiyyənin vergi xidməti əməkdaşlaının  üzərinə düşən məsuliyyət yükündən danışıb.

Sədr cari ildə bələdiyyənin büdcə gəlirlərində artımın olmasını bildirsə də, bu rəqəmi qənətbəxş hesab etmədiyini qeyd edib. Qeyd edək ki, ötən ilin on bir ayı ilə müqayisədə cari ildə yerli vergilərin yığımında 34 faizlik artım müşahidə olunub.

Hazırda BAMS-ın verdiyi bütün imkanlardan yararlanaraq daha yüksək nəticə əldə etməli olduqlarını vergi xidməti əməkdaşlarının diqqətinə çatdıran sədr bələdiyyə də quluqçuların fəaliyyəti üçün hər cür şərait yaradıldığını da qeyd edib.  

Sonda Təmraz Tağıyev görüşdə iştirak edən  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin fəaliyyətinə toxunaraq bu fəaliyyəti yüksək qiymətləndirmiş, bələdiyyələrin üzləşdiyi problemlərin ictimailəşdirilməsində, o cümlədən fəaliyyətin təbliğində əhəmiyyətli rol oynadığını qeyd edib. Sədr sonda ictimai  birlik sədrini ad günü münasibəti ilə təbrik edərək gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Öz növbəsində Vüqar Toflqli  bu gün Nərimanov bələdiyyəsinin fəaliyyətinin  təcrübəsi yayıla biləcək bir səviyyədə olmasından, bələdiyyədə qurulan ən müasir vergi-uçot sisteminin tətbiqindən razılığını ifadə edərək haqqında deyilən fikirlərə görə  bələdiyyə sədrinə və kollektiv uzvlərinə öz təşəkkürünü bildiirib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
724